Nərimanovda Qələbə günü - Foto

img

09-05-2015 [14:07]


Bu gün Nərimanov rayonunda yerləşən "Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib.

Mia.az-a daxil olan məlumata görə, tədbirdə Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirləri iştirak edib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini bildirib.

Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev "Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdırıb.

MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər. Daha sonra kompleksdə dəfn olunmuş əsgər və zabitlərin məzarları ziyarət olunub.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA