Almaniyaya qaçan türmə rəisi vəzifəli şəxslərin qohumu çıxdı - Şok təfərrüat

img

09-05-2015 [12:45]


Bu günlərdə, Ədliyyə Nazirliyinin tabeçiliyində olan Penitensiar Xidmətdə yüksək vəzifə daşmış bir nəfərin Avropada siyası sığınacaq alması ilə bağlı yayılan xəbər böyük rezonansa səbəb oldu. Sosial şəbəkələrdə aparılan müzakirələrdən məlum oldu ki, Almaniyaya pənah aparan Elçin Əkbərov adlı şəxs Azərbaycanda  9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

Strateq.az mövzunun aktuallığını nəzərə alaraq, Elçin Əkbərov barəsində araşdırma aparıb. Məlum olub ki, Elçin Əkbərovun Almaniyada yerləşməsinə Mehdi Xəlilbəyli adında siyasi mühacir köməklik edib. Qeyd edək ki, Mehdi Xəlilbəyli barəsində  Azərbaycanın hüquq - mühafizə  orqanları tərəfindən  axtarış elan edilib. O, 2003-cü ildə Müsavat Partiyasının qərargahı qarşısında "Lider” telekanalının  jurnalisti Sahil Kərimlinin döyülməsində təqsirli bilinir.

 Strateq.az-ın araşdırması nəticəsində məlum olub ki, Mehdi Xəlilbəyli ilə hazırda siyasi sığınacaq alan Elçin Əkbərovun arasında yaxın dostluq münasibəti olub. Onların hər ikisi əslən Şərur rayonundandırlar.

Qeyd edək ki, Elçin Əkbərovun Azərbaycanda işləri pis getməyib. Onun mənsub olduğu ailənin hazırkı hakimiyyətlə heç bir kəsişən marağı  olmayıb. Əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindən olan Elçinin anası Nigar xanım fəal YAP-çılardan sayılır. Mühacirin anası uzun müddət Şərur rayonun Təhsil Şöbəsinə rəhbərlik edib. Onun Mahir Əkbərov adlı qardaşı isə, hazırda polis orqanlarında rəhbər vəzifədə çalışır. Bizə məlumat verən mənbənin sözlərinə görə, paytaxta böyük biznes obyektləri olan Elçin Əkbərovun mühacirətə getməsinin kökündə siyasi maraqların durması inadırıcı görünmür: "Hakimiyyət tərəfindən sıxışdırlan adamın belə var-dövləti olar? 

Axtarışda olan zaman Mehdi Xəlilbəylinin ölkədən çıxarılmasında Elçinin böyük rolu olub. Onların münasibəti sonra da davam edirdi.  Əsasən də, bahalı avtomobillərin Almaniyadan ölkəyə gətirilib satılması sahəsində müştərək biznesləri olub. Onun general Mədət Quliyevlə ziddiyətinin olması (Qeyd edək ki, onun general Mədət Quliyevə qarşıdurma üzündən ölkəni tərk etdiyi bildirilib - Mia.az) səbəbindən ölkəni tərk etməsi inandırıcı görünmür. Elçinin Almaniyada məskunlaşmasına da məhz Mehdi kömək edib”.


MƏDƏT QULİYEV

Strateq.az-a məlum olub ki, Elçin Əkbərovun hakimiyyət daxilində böyük himəyadarları var. Hətta o səviyyədə ki, sabiq rəis 90-cı illərdə həmin dövrün məşhur "Laləndə” restoranında münaqişə zəmnində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralamışdı. Buna baxmayaraq, sabiq rəis nəinki məsuliyyətə cəlb edildi, hətta həmin hadisədən sonra, onun karyerasında yüksəliş baş verdi. 

Strateq.az-a o da məlum olub ki, Elçin Əkbərovun  əslən Şərur rayonundan olan Ali Məhkəmənin sabiq rəhbəri Südabə Həsənova ilə heç bir qohumluq əlaqəsi yoxdur. Mənbəmizin dediyinə görə, Elçinin karyerasındakı yüksəliş Südabə Həsənovanın tabeçiliyində olan qurumlarda çalışdığı dövrə təsadüf etsə də, onlar arasında qan qohumluğu yoxdur: " Belə xəbərlər yayılır, ancaq bütün şərurlular bilir ki, onlar qohum deyil. Ancaq  Elçinin hazırda yüksək  vəzifə tutanların arasında  qohumları az deyil. Məsələn, Elçin Əkbərov  "Azərkitab”-ın sabiq rəhbəri  Əlvan Ağayevin doğma bacıoğlusudur”.

Strateq.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki,  mühacir "rəisin” dayısı olan Ağayev Əlvan Həsən oğlu  hazırda Milli Televiziya və Radio Şurasında mühim vəzifə tutur.

Qeyd edək ki, Elçin Əkbərovun hakimiyyətdəki qohumluq zənciri yalnız Əlvan Ağayevlə məhdudlaşmır və daha yuxarılara gedib çıxır…


ƏLVAN AĞAYEV

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA