Maliyyə Nazirliyi universiteti yoxlayır - yarımmilyonluq çatışmazlıq var

img

08-05-2015 [17:44]


Təhsil millətin gələcəyidir. Amma bu ifadə Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinə aid deyil. Çünki burada tədrisin keyfiyyətinə diqqət olduqca aşağı səviyyədədir. Çünki bu universitetin qayda-qanunlarını rektor Akif Süleymanovun özü tərtib edib. Elə buna görədir ki, tədrisin keyfiyyətində yaranan boşluqlar, maliyyə məsələlərinə də sirayət edib.

Əldə etdiyimiz məlumata görə, Maliyyə Nazirliyinin xüsusi komissiyası Texnologiya Universitetində  maliyyə və təsərrüfat şöbəsində araşdırma aparır. Fevral ayında Maliyyə naziri Samir Şərifovun əmri ilə burada yoxamaya başlayıb. iddiaya görə, 500 min manatdan çox pul yeyintisi aşkarlanıb. Bu pul yeyintisi daha çox universitetin təsərrüfat fəaliyyətində üzə çıxıb. Komissiyanın komissiyanın sədri Mayis müəllim rektora bildirəndə ki, iş protokollaşıb korrupsiya şöbəsinə göndəriləcək".

Məlumatda iddia olunur ki, rektor Akif Süleymanov Maliyyə Nazirliyinin yoxlama heyətini ilə "anlaşmağa" çalışır.

Əldə etdiyimiz məlumata görə, Akif Süleymanova mənimsəmələri prorektor Aslan Quliyevin üzərinə ataraq özünü təmizə çıxarmaq istəyib. (gundelik-baku.com). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA