08-05-2015 [13:02]
"Mən, xüsusilə, Ağ Evdə çalışarkən Sovet sistemi ilə maraqlanırdım və Sovet liderləri ilə əlaqələrim var idi”.
Axar.az dünya şöhrətli amerikalı siyasətçi Zbiqnev Bjezinskinin vaxtilə dediyi bu sözləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümündə təkrar xatırladır.
Bzejinski xatirələrində Əliyevlə görüşdən məmnun qaldığını bildirib:
"Sovet İttifaqı dövründə Heydər Əliyevlə görüşməmişdim, amma, əlbəttə, onun haqqında eşitmişdim. Mən, xüsusilə, Ağ Evdə çalışarkən Sovet sistemi ilə maraqlanırdım və Sovet liderləri ilə əlaqələrim var idi. Bilirdim ki, Heydər Əliyev aparıcı rəhbərlərdən biridir və onun adı hətta partiyanın baş katibi vəzifəsi üçün hallandırılırdı. Mən bilirdim ki, onun geniş siyasi təcrübəsi var. Prezident Heydər Əliyevlə ilk dəfə bölgəyə səfər edərkən - 1990-cı illərin əvvəllərində tanış oldum. Mən Prezident Klintonun Prezident Əliyevin yanına göndərdiyi xüsusi emissar idim. O zaman Prezident Heydər Əliyev Bakı-Tiflis-Ceyhan layihəsində iştirak etməmək və tamamilə Bakıdan Novorossiyskə gedən kəmərə ümid etmək barədə Rusiyanın böyük təzyiqi altında idi. Mən Bakıya həyat yoldaşım ilə getmişdim. Prezident Heydər Əliyevlə görüşümüz günün ikinci yarısında oldu. Mən səbirsiz idim, çünki Azərbaycan prezidentinə Birləşmiş Ştatların prezidentindən xüsusi mesaj və xüsusi məktub çatdırmalı idim. Görüş bitdikdən sonra biz ayrıldıq. Axşam isə Prezident Heydər Əliyevlə uzun və mən deyərdim ki, tarixi əhəmiyyətə malik müzakirəmiz oldu Biz yalnız boru kəməri haqqında deyil, habelə prezidentin Birləşmiş Ştatların Qafqazda və Xəzər dənizi hövzəsində strateji öhdəliklərinə bağlılığı haqqında danışdıq. Bu, çox səmərəli bir müzakirə idi, çünki hər iki ölkə üçün təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyəti olan kəmərlə bağlı uzunmüddətli öhdəlikləri aydınlaşdırmağa imkan verdi”.
Bjezinski xatirəsində Heydər Əliyevin şəxsiyyətini yüksək qiymətləndirdiyini vurğulayıb:
"Heydər Əliyevin şəxsi cəhətlərinə gəldikdə isə deyim ki, mənim həyat yoldaşımın ondan xoşu gəlir. Bu, mənim üçün çox əhəmiyyətli barometrdir. Deyəsən, onun da mənim həyat yoldaşıma münasibəti yaxşıdır. Buna etirazım yoxdur, çünki bunu sağlam bir əlamət hesab edirəm. Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir. ABŞ və Azərbaycan ilkin mərhələdə münasibətlərində bir sıra çətinlikləri aşmalı idilər. Heç birimiz bu çətinlikləri tamamilə aradan qaldıra bilməmişik. Biz hələ Azərbaycanla tam, dolğun strateji münasibətləri inkişaf etdirə bilməmişik. Bunun bir səbəbi Konqresdədir, xüsusilə, Dağlıq Qarabağ məsələsinə müxalifətin münasibətində, Amerikada erməni seçicilərinin mövcudluğunda, Rusiya ilə yaxşı münasibətlər qurmağa olan marağımızdır. Amma məncə, ABŞ-Azərbaycan münasibətlərindəki çətinlikləri aradan götürmək üçün əhəmiyyətli irəliləyiş etmişik”.
Siyasətçi mərhum prezidentin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi üçün xeyli işlər gördüyü deyib:
"Heydər Əliyev Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi üçün, şübhəsiz, çox müsbət işlər görmüşdür. Cənab Heydər Əliyevin ABŞ-a tarixi səfəri Azərbaycan ilə ABŞ arasında həqiqi tərəfdaşlığın yaranmasına kömək etdi. Amerikalılar artıq daha çox inanmağa başlayırlar ki, Azərbaycanın müstəqilliyi və strateji əhəmiyyəti yalnız bu region üçün deyil, həm də Amerika Birləşmiş Ştatları üçün çox lazımlıdır. Prezident Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda baş verən iqtisadi dirçəlişləri aydın görmək mümkündür. Bu da cənab Əliyevin ölkəsinin gözəl gələcəyi haqqında xoş sözlər deməyə əsas yaradır. Mənə elə gəlir ki, Azərbaycanda yaşayan əhalinin öz gələcəyi barədə nikbin olmağa haqqı var. Prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi əlaqələr Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik gətirəcəkdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi