08-05-2015 [12:39]
Mia.az xəbər verir ki, bu barədə Vesti.Az-a uşağın anası Şəfiqə Əfəndiyeva bildirib.
"Dünən axşam ərim uşağı bağçadan götürdükdə, uşağı görərkən dəhşətə gəlib. Səadətin bədənində əzik və dişlək yerləri olub”.
Tərbiyəçinin sözlərinə görə, Səadəti Murad adlı qrup yoldaşı dişləyib. Biz tərbiyəçinin bu vaxt hara baxdığını soruşanda, onun yerində olmadığını, dayənin isə sıyıq gətirmək üçün çıxdığını dedilər.
"Mən başa düşmürəm, uşaqları tək necə qoymaq olar və onun ağlamağını necə eşitməmək olar. Ən qorxulusu isə onların həkim çağırmamaları və bizə xəbər verməmələridir. Bağçanın pulunu ödəmək vaxtı gələndə dayanmadan zəng edirlər, amma uşağım zədələnəndə mənə zəng etmək üçün əziyyət çəkməyiblər.
Uşaq hələ günorta xəsarət alıb və axşam saat 5-ə qədər bizə bu barədə xəbər verməyiblər. Mən bizə niyə indiyə qədər xəbər vermədiklərini soruşduqda onlar günahkar olduqlarını etiraf etdilər. Onların həkimi günortaya qədər işləyir, tibb bacısı isə uşağa "spasatel” mazı vurub.
Mən bu məsuliyyətsizliyə görə, həkim çağırmamaları və bizə xəbər vermədikləri üçün məhkəməyə müraciət etməyə hazırlaşıram. Biz uşağı dərhal kliniki tibbi mərkəzə apardıq. Həkim uşağın bədəninin müxtəlif hissələrində göyərmələri gördükdə dəhşətə gəldi. Həkimin sözlərinə görə, uşağın üzündəki zədə ciddi problem yarada bilər. Sonra biz nevropotoloqun yanına yollandıq, o uşağa sakitləşdirici preparatlar yazdı. Uşaq böyük stress keçirib.
Qeyd edək ki, Murad hələ keçən həftə mənim uşağımı dişləyib. Mən tərbiyəçiyə xəbərdarlıq etdim və diqqətli olmağı xahiş etdim. O qeyd etdi ki, uşaq hələ təzədir, hamını dişləyir, xüsusilə də mənim qızımı. Direktor indi mənə deyir ki, hələ onda səs-küy yaratmalı idim. Mən indi onlar üçün səs-küy yaradacam. Mən tərbiyəçini cəzalandırmağı və dayənin məsuliyyətsizliyi üçün işdən çıxarılmasını tələb edirəm”, - uşağın anası Şəfiqə Əfəndiyeva deyib.
Bağçanın direktoru Solmaz Hacıyeva isə öz növbəsində bildirib ki, hadisə yuxu saatından sonra baş verib.
"Tərbiyəçi özünə o zaman "paltar dəyişdirmə yerinə çıxdığını, dayə isə sıyıq üçün” söyləməklə özünə bəraət qazandırdı. Amma fakt odur ki, bu baş verən zaman onların heç biri orda yox idi.
Mən bu bağçada işləməyə layiq olmayan bu əclafları müdafiə etmirəm.
Bizim otaqda servant var, onu çoxdan götürməli idilər. Səadət ora çıxmağı çox sevir, o çıxan zaman Murad onu itələyib. O, yıxılaraq əzilib. Tərbiyəçi uşağı götürüb, əzik yerinə yaş dəsmal qoyub. Mən bütün bunları bilməmişəm, tədbirdə idim.
Uşağı gördükdə izahat istədim. Onlar mənə baş verənləri danışdılar. Onlara inanmadım, bağçada quraşdırılmış müşahidə kamerasına baxdım. Kadrlarda Muradın Səadəti dişləməsi və Səadəti itələməyi görünür.
Mən baş verənlər üçün xəcalət çəkirəm. Mən neçə ildir ki, bağçada işləyirəm, belə hadisə bizdə ilk dəfədir ki, baş verir. Uşaqlar günahkar deyil, günahkar tərbiyəçi və dayədir. Onları və belə işçiləri saxladığım üçün məni də bağışlamaq olmaz. Onları işdən azad edəcəm. Biz təzminat ödəməyə hazırıq”, - S.Hacıyeva bildirib.
Qeyd edək ki, Ş.Əfəndiyeva on ildən artıqdır ki, "İctimai” telekanalın simasıdır. O, "Yeni Dalğa” radio verilişində işləyib. Hazırda isə "Qadın dünyası” verilişinin aparıcılığını edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi