Sabah Azərbaycanda bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

img

07-05-2015 [22:01]


Sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yollar məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsinin keçirilməsi ilə əlaqədar 08.05.2015-ci il tarixdə aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu:

Ağdaş-Zarağan-Qəbələ yolunun Qəbələdən Zarağanadək olan hissəsi (hər iki istiqamətdə) saat 09:20-dən 09:50-dək və saat 13:30-dan14:00-dək;

Zarağan-Oğuz-Şəki yolu:

Zarağan-Oğuz yolunda Oğuz rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə) saat 09:30-dan 10:50-dək və 12:30-dan 13:40-dək;

Oğuz-Şəki yolunda Şəki rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə) saat 10:40-dan 12:40-dək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA