Zakir Həsənov hava qüvvələrinə döyüş hazırılığı əmri verdi-VİDEO

img

07-05-2015 [22:16]


I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.

Mia.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda "Osa" AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA