Qaradağda Gül bayramı qeyd olunur - Fotolar

img

07-05-2015 [18:55]



Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə Qaradağ rayonunda Gül bayramının keçirilməsi artıq ənənəyə çevrilib.

Mia.az xəbər verir ki, bu gün Gül bayramı ilə bağlı keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin üzvü Ağalar Vəliyev, Şura üzvləri digər qonaqlar və rayon ictimaiyyəti iştirak ediblər.

Rayon ərazisindəki Heydər parkı bəzədilərək gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, tamaşa etməmək mümkün deyildi. Gül bayramında rayonun orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri, uşaq-gənclər yaradıcılıq mərkəzləri özlərinin əl işlərini nümayiş etdirirdilər.

Gül bayramı Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə olan sonsuz məhəbbət və ehtiram hissi təşkil edirdi. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca körpələr da bayram şənliyinə əlavə yaraşıq gətirirdi. Bayram tədbirində Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə etdirən kompozisiyalar nümayiş etdirildi.

Tədbir günün sonunda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramıyla davam edərək atəşfəşanlıqla yekunlaşacaq.





















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA