"Bahar Enerji Əməliyyat" şirkətinin əməkdaşları Suraxanıda qan verdi

img

07-05-2015 [17:39]


2015-ci ilin mayın 7-də Suraxanı rayonunun Qum Adası ərazisində yerləşən Bahar Enerji Əməliyyat Şirkətinin əməkdaşları talassemiya xəstələrinə kömək məqsədilə qanvermə kampaniyası keçiririblər. Bunun üçün Şirkətin 150 nəfər neftçisi  bu kampaniyada könüllü iştirakını bildiriblər.

Söhbət zamanı Şirkətin Vitse-Prezidenti Elşad Həsənov bildirdi: "Şirkətimiz artıq üçüncü ildir ki, talassemiya xəstələrinə yardım etmək məqsədi ilə aksiya keçirir. Bu aksiya Talassemiya Mərkəzinin tibb heyətinin köməkliyi ilə aparılır. Şirkətimiz Dövlətimizin inkişafı üçün yerin damarlarından neft və qaz çıxarır, əməkdaşlar isə özlərinin damarlarından axan qandan talassemiya xəstələrinə ərmağan edirlər”.
Kampaniya davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA