Daxili İşlər Nazirliyində 15 köməkçi qərargah yaradılıb

img

07-05-2015 [11:29]


Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında təhlükəsizlik tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyində 15 köməkçi qərargah yaradılıb. Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

C.Məmmədov bildirib ki, bu qərargahlar tədbirlər keçirilən məkanlar və qeyri-yaşayış sahələri üzrə yaradılıb.

Onun sözlərinə görə, obyektlər, dayanacaqlar, avtobusların müşahidəsi xüsusi chazlarla yoxlanılacaq.


C.Məmmədov artıq bütün sahələr üzrə DİN-in şəxsi heyətinin hazırlığının bir daha yoxlanıldığını da deyib.(Trend)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA