06-05-2015 [13:30]
ABŞ-ın "DeepFlight” şirkəti bu gün elan edib ki, azərbaycanlı oliqarx və gəmiçilik maqnatı Mübariz Mənsimovun "Palmarina Bodrum” şirkətinin sifarişi əsasında "DeepFlight Super Falcon” yüksək sürətli özəl sualtı qayığını sifarişçiyə çatdırıb.
Virtualaz.org saytı şirkətdən yayılan rəsmi açıqlamaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan "DeepFlight” şirkəti həmin sualtı qayığı xüsusi sifariş əsasında istehsal edib.
Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə "sualtı qırıcı təyyarə” adı alıb.
Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.
"DeepFlight” şirkətinin qurucusu Qrem Houks bəyan edib: "Biz çox şadıq ki, "Palmarina Bodrum” "DeepFlight Super Falcon” sualtı qayığına malik olan ilk gəmiçilik şirkətidir. Yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malik olan "DeepFlight Super Falcon” sualtı qayığı Türkiyənin Bodrum sahillərinin gözəl suları altında müşahidə aparmaq üçün unikal imkanlar açır”.
"Palmarina Bodrum” şirkətinin baş direktoru Cenk Bircan isə "DeepFlight Super Falcon” sualtı qayığını qəbul etməkdən çox məmnun olduqlarını, şirkətin "Xazar Yıldızı” sualtı qayığı ilə birlikdə müştərilərə yüksək keyfiyyətli xidmət göstərəcəklərini bildirib.
""Palmarina Bodrum” artıq regionu dünyanın məşhur yelkənli qayıq mərkəzinə çevirib və gözləyirik ki, tezliklə sualtı qayıqlar üçün də misilsiz baza olacaq” — deyə Bircan bildirib
Bodrum sahillərindəki dəniz limanı 2011-ci ildə Mübariz Mənsimovun "Palmali Group” şirkəti tərəfindən alınıb və orada meqa-qiqa yaxtalar üçün liman yaradılıb. "Palmarina Bodrum” eyni vaxtda 620 gəmi qəbul edə bilir və uzunluğu 40 metrdən çox olan 70-dən çox meqa-yaxtaların orada lövbər salması üçün imkan var.
Ərəb şeyxlərinin, dünyanın məşhur milyarderlərinin, o cümlədən azərbaycanlı zənginlərin meqa-yaxtaları tez-tez Mənsimovun limanında yer alır. Limanda yeddiulduzlu istirahət və əyləncə kompleksi də yaradılıb.
"DeepFlight Super Falcon” sualtı qayıqlarını indiyədək milyarderlər alırdı. Onların arasında britaniyalı milyarder Riçard Brenson, "Red Bull”un təsisçisi Ditrix Mateşits, vençur kapitalisti Tom Perkins və digərləri var.
Qayığın qiyməti 1,7 milyon dollardan bir neçə milyon dollara qədər dəyişə bilər.
Virtualaz.org








Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi