06-05-2015 [09:03]
Bir neçə gün əvvəl, Strateq.az saytında mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin 1992-93-cü illərdə Daxili İşlər naziri olmuş İskəndər Həmidova yazdığı məktubun əlyazısını təqdim etmişdik (Bax.: "Bəxtiyar Vahabzadənin Daxili işlər nazirinə şok məktubu üzə çıxdı” məqaləsində). Bu məqalə, eləcə də əlyazının surəti yayılan kimi, mediada və sosial şəbəkələrdə dərhal geniş müzakirə açıldı, rəylər öyrənildi. Müzakirələrdə mərhum prezident Elçibəyin komandasının o vaxtkı idarəçilik üslübü mövzusunda geniş diskussiya aparılmaqla yanaşı, tanınmış xalq şairimizə o dövrdə bir nazir səviyyəsində göstərilən münasibətdən narazılığını ifadə edənlər də oldu, bizi bu məktubu yaymaqda qınayanlar da... Hətta Bəxtiyar Vahabzadə ilə bağlı bilmədiyimiz, media üçün yeni sayılan maraqlı xatirələrini bölüşən məşhurlar da tapıldı. Ancaq heç gözləmədiyimiz reaksiyanı isə yazıda adı çəkilən qəhrəmanlarımızdan birindən –sabiq Daxili İşlər naziri İskəndər Həmidovdan aldıq. Əvvəlcə "XuralTAC”-a (Əvəz Zeynallıya), daha sonra da "Hürriyyət” qəzetinə (moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadəyə) müsahibə verən İskəndər Həmidov məktubu "cəfəngiyyat” adlandıraraq, "...Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”, - söylədi, bizi "sifariş” yerinə yetirməkdə, ona qarşı hansısa qarayaxma kampaniyası aparmaqda suçladı. Və hətta fürsətdən yararlanıb, hökumətin şəninə bir-iki tərif yağdırdıqdan sonra "Bəxtiyar Vahabzadə mənimlə bağlı Heydər Əliyevə də məktub yazıb, onu niyə vermirlər?” deyə, giley və arzusunu da çatdırdı. Sosial şəbəkələrdə isə İskəndər bəyin bu cavabını əsas götürərək "olmayan bir şeyi yazmaqda məqsədiniz nədir" sualıyla qolunu çırmalayıb hay-həşirlə üstümüzə gələnlər də ortaya çıxdı...
Biz bir daha bildiririk ki, böyük xalq sevgisi qazanmış unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin üzərində imzası olan, nişanəsini saxlayan nəinki sənədləri, onun xoş xatirəsini andıran hər cümləni, hər sətri belə, sevə-sevə yayınlamağa hazırıq – necə ki, bundan qabaq daha bir möhtəşəm şairimiz Məmməd Arazın, tanınmış yazıçımız Mirzə İbrahimovun məktublarını yayınlamışdıq.
Hələliksə, özünü peşəkar polis işçisi sayan və əminliklə "...Məktubun nə stilistikası, nə də xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil” söyləyən, bununla da bizi yalançı və saxtakar çıxarmağa çalışan İskəndər bəyə, eləcə də onun dəstəkçilərinə araşdırıb müqayisə etmələri üçün rəhmətlik Bəxtiyar Vahabzadənin 3 fərqli tarixlərdə və ayrı- ayrı məqsədlərlə yazılmış əlyazılarını təqdim edirik: sənədin biri Bəxtiyar Vahabzadənin 4 iyun 1969-cu ildə öz əliylə yazdığı tərcümeyi-halın, biri Məsud Vəliyevin "Azərbaycan Sovet nəsrinin inkişaf yolları” əsərinə 2 iyun 1968-ci ildə yazdığı rəyin, biri isə İskəndər Həmidova yazdığı məktubun surətləridir...
İndi oxuyun, sənədləri tutuşdurub müqayisə edin və kimin yalan danışdığına da özünüz qərar verin:
1. Bəxtiyar Vahabzadənin 1969-cu ildə yazdığı tərcümeyi-halı
2. Bəxtiyar Vahabzadənin 1968-ci ildə Məsud Vəliyevin əsərinə yazdığı rəy
3. Bəxtiyar Vahabzadənin Daxili İşlər naziri İskəndər Həmidova yazdığı məktub

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi