Bakıya və rayonlara leysan yağacaq

img

05-05-2015 [14:33]


Azərbaycanda yaxın 2-3 gün hava şəraitli buludlu və yağmurlu keçəcək, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilir ki, mayın 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağmaq ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 6-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda 2-6, gündüz 7-12 dərəcə isti gözlənilir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA