05-05-2015 [13:02]
Mia.az-a daxil olan məlumatda bildirilir ki, "Amnisty İnternational” Beynəlxalq hüquq təşkilatı tərəfindən Avropa Oyunlarının başlanmasına 100 gün qalmış yaydığı qeyri-dəqiq və qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır.
Bu hesabatda verilən məlumatlar və İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin İsveçin "Aftonbladet” qəzetinə verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq, Avropa oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil.
İsveç Olimpiya Komitəsinin Azərbaycandakı repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır.
Avropa Olimpiya Komitəsindən aldığımız məlumata əsasən onlara İsveç Olimpiya Komitəsindən heç bir məlumat daxil olmayıb və bu məsələ Komitə tərəfindən araşdırılacaqdır.
Biz təəssüf edirik ki, İsveç Olimpiya Komitəsinin prezidenti Azərbaycan haqqında belə bir bəyanatla çıxış edib. Məlumat üçün bildiririk ki, bu insanın Azərbaycana qarşı mənfi münasibəti hələ 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 8-ci Baş Assambleyası vaxtı aşkar olundu. İsveç Olimpiya Komitəsinin prezidentinin özünün etiraf etdiyi kimi, 48 ölkənin iştirak etdiyi seçkilər zamanı İsveç Olimpiya Komitəsi nəinki Avropa Oyunlarına Bakının ev sahibliyi etməsini,ümumiyyətlə Avropa Qitə oyunlarının keçirilməsinin əleyhinə səs verən 8 Komitədən biri olub.
Qeyd etmək istərdik ki, Azərbaycan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunması haqda danışan İsveç dırnaqarası hüquq müdafiəçiləri unudurlar ki, 1986-cı ildə fevralın 28-də İsveçin paytaxtı Stokholm şəhərində İsveçin baş naziri Ulof Palmenin odlu silahdan açılan atəş nəticəsində öldürülməsi, 2013-cü ilin sentyabrın 11-də İsveçin Xarici İşlər naziri Anna Lindin qəddarcasına qətlə yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə törədilən hücumlara qarşı İsveç parlamentinin qarşısında təşkil olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni təmsil edirlər. Onların insan hüquqlarının və demokratik rejimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır.
Eyni zamanda söylənilənlərin əksinə olaraq, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin söz azadlıqları qorunduğunu və indiyənədək Azərbaycana səfər etmiş əcnəbi jurnalistlərin fikirlərinə hörmətlə yanaşıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı irəli sürülən fikirlər də həqiqətə uyğun deyildir.
İsveç Olimpiya Komitəsinin Bakıda keçiriləçək Avropa Oyunlarında iştirakına və xərclərinin "Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsinə gəldikdə isə qeyd etmək istərdik ki, bu təkcə İsveç komandasına aid deyil, bütün iştirakçı ölkələrin nəqliyyat, yaşayış və yemək məsrəfləri ödənilir. Bütün Olimpiya oyunlarında tətbiq edilən bu prinsip Avropa Olimpiya Komitəsinin qərarı ilə "Bakı 2015” Avropa Oyunlarına da şamil edilir.
Azərbaycan qapıları hamı üçün açıqdır. Ümid edirik ki, böyük uğur qazanacaq Bakı 2015 Avropa Oyunlarından sonra insanlar Azərbaycanı daha yaxından tanıyacaq, onu dərk edəcək, bizə qarşı yönədilmiş bu kimi təxribatlara son qoyulacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi