Prezident və xanımı beşulduzlu “İnturist” otelinin açılışında olub

img

05-05-2015 [12:19]


Bu gün Bakıda "İnturist” otelinin açılışı olub.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verilib. Bildirilib ki, beşulduzlu bu otel "Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki, Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı "İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə "İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edilib ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

Dövlət başçısı oteldə yaradılmış şəraitlə tanış olub.

Sonra prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA