DİN-də daha bir dəyişiklik; Nazir 23 illik rəisi işdən çıxardı

img

04-05-2015 [19:37]



Daxili İşlər Nazirliyində növbəti kadr dəyişkliyi baş verib. 

Mia.az azvision.az-a istinadən xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.

Qeyd edək ki, polkovnik Səyyəddin Səfərov artıq 23 ildir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov işğal olunmuş rayonların polis bölmələrinə kompleks-inspeksiya yoxlaması göndərib. İlk hədəfdə Zəngilan Rayon Polis Şöbəsi idi və orada DİN-in aidiyyəti əməkdaşları tərəfindən kompleks-inspeksiya yoxlaması aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA