General rəisin kadrı olan taqım komandirini işdən qovdu

img

04-05-2015 [15:37]


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin tağım komandiri işdən çıxarılıb. 

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, aşkarlanan nöqsanlara görə idarənin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tutduğu vəzifədən azad edilib. 
 
Faktı N.Mövlayev təsdiqləyib. Bildirib ki, dünən keçirilən sıra baxışından sonra o, işdən çıxarılıb.
 
Qeyd edək ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar dünən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA