“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Biləsuvarda belə qarşılandı - FOTOLAR

img

04-05-2015 [14:51]



"Bakı-2015” ilk Avropa Oyunlarının məşəli 03 may 2015-ci il tarixdə  Biləsuvar rayonuna gətirildi.
Şəhərinin giriş qapısında, Olimpiya İdman Kompleksinin qarşısında Masallı rayonundan gətirilmiş Olimpiya məşəlinin qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Səbinə Hüseynova məşəli qəbul edib.

Estafeti 10 məşəlçi növbə ilə davam etdirərək Heydər Əliyev, Nizami, Mübariz İbrahimov,Tofiq İsmayılov və  Səməd Vurğun küçələrindən keçdikdən sonra şəhərin mərkəzində yerləşən Heydər Əliyev parkına  çatdırdılar. Məşəl yürüşünü marşurut boyu  əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən plakatlar tutan minlərlə rayon sakini  alqışlarla müşayiət edərək, bu mötəbər tədbirin  sevincini yaşayıblar.

Kikboksinq üzrə dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, respublika Kikboksinq Federasiyasının baş məşqçisi Ehram Məcidov məşəli Heydər Əliyev meydanında qurulmuş səhnəyə qaldırdı. Burada məşəli alovlandıran Ehram Məcidov birinci Avropa Oyunlarının çırağını yandıraraq sərbəst güləş üzrə respublika çempionu İqbal Aslanova təqdim edib. İqbal Aslanov çırağı yarışlar başa çatana qədər rayonda saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı mərasimi daha da anşlaq yaradıb. Beləliklə, Birinci Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabad rayonuna  yola salınıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA