Sumqayıtda İmam Əli (ə) - nin mövludu münasibətilə tədbir keçirilib - FOTO

img

02-05-2015 [16:12]


Sumqayıt şəhərində Allahın yer üzündə höccəti, xəlifəsi və möminlərin əmiri Həzrət Əli ibn Əbu Talibin(ə) mübarək mövludu münasibətilə məclis keçirilib.

LiderXəbər-in verdiyi məlumata görə, məclis Sumqayıt şəhər "Cümə Məscidi" tərəfindən təşkil olunub. Tədbirdə ölkənin bir çox üzvləri və şəhərin dindar sakinləri iştirak edib.

Məclis Qurani-Kərimin tilavəti ilə başlandı. Mərasimdə tanınmış din xadimləri- Hacı Rauf , Seyyid Fərrux, Hacı Ramin və digər tanınmış ruhanilər iştirak etdilər.

Tədbir iştirakçıları çıxış edərək Həzrət Əlinin(ə) ali məqamı, yüksək dərəcəsindən danışdılar, Onun din uğrunda apardığı misilsiz mücadilədən söz açdılar. Məclisdə, həmçinin, həzrət Əlinin(ə) şəninə şeirlər oxundu. Mərasimdə həmçinin, çox saylı inanclılar və şəhər sakinləri iştirak etdilər.

Tədbirin sonunda bütün iştirakçılar İmam adına paylanılmış ehsan süfrəsinə dəvət edilib.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA