02-05-2015 [13:54]
Mia.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24” telekanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi: "Ümumiyyətlə, əgər o zaman buna razılığımızı verməsəydik, yəqin ki, bu, ideya olaraq qalacaqdı. Mən bu ideyaya həmişə dəstək verən Avropa Olimpiya Komitəsinin Prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu bizim üçün böyük məsuliyyət idi, lakin bizi daha böyük - Olimpiya Oyunları ilə müqayisəyə gələn Avropa Oyunlarını 2,5 ilə və hətta daha az müddətə keçirmək şərəfi gözləyirdi. 6 mindən çox idmançı, idmanın 20 növü”.
Dövlət başçısının sözlərinə görə, ancaq Azərbaycan vəzifənin öhdəsindən gələ bildi: "Məşəl artıq alovlandırılıb. Biz onu qədim Atəşgah məbədində alovlandırdıq, bu, zərdüştlüyün qədim məbədidir. Bildiyiniz kimi Azərbaycan bir çox dinlərin – zərdüştlük, islam, xristianlıq, yəhudilik – bir araya gəldiyi diyardır, ölkəmizdə xalqlar arasında unikal qardaşlıq mühiti və dinlərarası əməkdaşlıq yaradılıb. Buna görə də məşəl artıq ölkəmiz üzrə səyahət edir”.
İlham Əliyev bildirib ki, Azərbaycan Oyunlar yaxınlaşdıqca bu hadisəni nüfuzdan salma cəhdlərinin daha aydın şahidi olur: "Bu, bizdə yalnız təəccüb və heyrət doğurur. Bu nəyə lazımdır? Sanki bu, kimisə, necə deyərlər, cana gətirib ki, Azərbaycan belə Oyunları keçirə bilər. Buna görə də hazırda biz Soçi Olimpiadası ərəfəsində yaşadığınızın, demək olar ki, eynisini yaşayırıq - nüfuzdan salma, yalan, uydurma, guya bizim xərclərimizlə bağlı tamamilə astronomik rəqəmlər qeyd edilir. Prinsipcə, Oyunları keçirmək üçün əməliyyat xərclərinə cəmi bri neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinin 90 faizi ya tikilmişdi, ya da qərar qəbul edilməzdən əvvəl tikintisinə başlanılmışdı, yəni biz onları Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu bundan əvvəl də inkişaf etmişdi, siz bizdə tez-tez olursunuz və bunu görürsünüz. Buna görə də hazırda belə yalan, nifaq və kin kampaniyasına məruz qalmışıq. Lakin əsas bu deyil, əsas odur ki, dostluq və idman bayramı yaradacağımıza əminəm və əsas qonaqlarımız, əlbəttə ki, idmançılar olacaqlar. Biz bu bayramda iştirak etmək istəyən hər kəsi – idmançıları, turistləri, Avropa, MDB ölkələrinin sıravi vətəndaşlarını dəvət edirik, özünüzü evinizdəki kimi yaxşı mühitdə hiss edin. Və Rusiya komandasına uğurlar arzulayıram, fikrimcə, Rusiya bu Oyunların əsas favoriti olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi