Ramil Usubovun əmri ilə işdən çıxarılan polis zabiti vəzifəsinə qaytarıldı

img

02-05-2015 [13:24]


Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb.

Mia.az Report-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) keçmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev yeni vəzifəyə təyin olunub.

Müvafiq əmrə əsasən, M.Rzayev Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Nizami RPİ 24-cü Polis Bölməsinin iki əməkdaşı işdən çıxarılıb. PB-nin keşmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA