Xanıma təhqiramiz cavab verildi, dava düşdü - Telekommunikasiya Qovşağında dava

img

01-05-2015 [19:40]


Abşeron Telekommunikasiya Qovşağında bu gün 17.30 radələrində dava düşüb. 

Mia.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, davaya səbəb xanım bir abonentin internet xidmətində yaranan problemlə bağlı qovşağa etdiyi zəngə təhqiramiz cavab olub. Belə davranışdan bərk qəzəblənən xanım qovşağa gəlib və dərhal həmin əməkdaşla görüşdürülməsini tələb edib. Xanımın uca səslə dediyindən belə anlaşılıb ki, problemlə bağlı zənginə kobud cavab verən əməkdaş bununla kifayətlənməyib: "Axı, mənimlə niyə elə danışmalı və sonra da dəstəyi üzümə qapatmalıdır? Onun borcudur problemi həll etmək. Ancaq mənə kobud cavab verməsi bəs etmir, hələ telefonu da qapadır. Sonra nə qədər zəng edirəmsə, cavab da vermirlər. Kimdir axı o? Gəlsin, üzümə dediklərini təkrarlasın...".

Mia.az-ın əməkdaşı bildirir ki, səs-küyə eyni binadakı poçta gələn vətəndaşlar da toplanıb. Gərginliyin artması və vəziyyətin dramatikləşməsini görən qovşaq əməkdaşları araya girib, xanımı sakitləşdirməyə və eyni zamanda, təqsirkarı yayındırmağa çalışıblar. Qovşağın mühafizəçisi və əməkdaşları isə bundan sonra vətəndaşları hadisə yerindən uzaqlaşdırıblar. Bu səbəbdən davanın sonunu öyrənmək mümkün olmayıb...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA