Zakir Həsənov hərbi hissələrdə yoxlama apardı - FOTOLAR

img

01-05-2015 [17:44]


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ali Baş Komandanın tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə aparılan əsaslı tikinti işlərinin gedişatı ilə maraqlanıb.

Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə tam təmin edilmiş ailəli hərbi qulluqçular üçün inşa edilən mənzillərə baxış keçiriblər.

Sonra inşası davam etdirilən müasir tipli qərargah binası, əsgər yeməkxanası, kazarma, subay hərbiçilər üçün yataqxana kompleksi, qazanxana-camaşırxana və digər inzibati obyektlərdə olan müdafiə naziri işlərin qısa müddətdə sona çatdırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.






























Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA