1488 keçmiş məhbusa pul paylandı

img

01-05-2015 [15:55]


Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ilə təmin olunur. 

Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 1488 nəfər təşkil edib.

ƏƏSMN tərəfindən penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi məqsədilə onların peşə reabilitasiyası işləri də görülür. Ötən il həmin şəxslərdən 230 nəfər, bu ilin ötən dövründə isə 16 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi sözügedən insanların sosial adaptasiyası işlərinin gücləndirilməsinə xidmət edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA