İçəri şəhər «Сümə məscidi»ndə mövlud tədbir keçiriləcək

img

01-05-2015 [11:21]


İçəri şəhər «Сümə məscidi»ndə Həzrət Əli (ə)-in mövludu münasibəti ilə tədbir keçiriləcək.

May ayının 2-də saat 16-00-da İçəri şəhərdəki «Cümə məscidi»ndə Həzrət Əli (ə)-in mövludu münasibəti ilə "Mövlud” mərasimi keçiriləcək. 

Bu barədə İçəri şəhər «Cümə məscidi» dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli  məlumat verib.

Bildirilibdir ki, artıq ənənə halına çevrilmiş bu mövlud tarixinin qeyd olunması ilə bağlı məsciddə müvafiq hazırlıq işləri görülüb. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, bir sıra səfirliklərin, dini icmaların, ictimaiyyətin nümayəndələrinin və qonaqların iştirakı nəzərdə tutulub. 

Tədbirdə Hz. Əli (ə)-yə həsr olunmuş film göstəriləcək, onun həyatından danışılacaq, «Əhli Beyt» və s. qruplar, tanınmış din xadimləri, alimlər çıxış edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA