Azərbaycan ordusu geniş hərbi təlimlərə başlayır - VİDEO

img

30-04-2015 [19:55]


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  görüşdə  müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə, qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığımıza töhfə verməsi görüşdə xüsusi vurğulanıb.

İşğal edilmiş torpaqlarımızın azad edilməsinin nəinki Azərbaycan, həmçinin region üçün də əhəmiyyətli olduğunu bildirən müdafiə naziri xalqımızın işğal faktı ilə barışmayacağını bir daha bəyan edib.

Müxtəlif qoşun növlərinin iştirakı ilə Azərbaycanda və sonra Türkiyədə keçirilən birgə təlimlərin vacibliyini vurğulayan müdafiə naziri hərbi sahədə qazanılan uğurlara və dəstəyə görə hər iki dövlət başçısına minnətdarlığını ifadə edib:

"Qardaş xalqlarımızın məqsədi regionda sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz, gücümüz və inkişafımız birliyimizdədir. Təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir".

Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də görüşdə iştirak edib.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA