Təhsil Naziriliyi ABU-nun tələbələrinə attestat verəcək

img

30-04-2015 [13:39]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsilini bu və ya digər səbəbdən yarımçıq qoymuş şəxslərin attestatları qaytarılacaq.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, məsələ ilə bağlı nazirliyə çoxsaylı müraciətlər daxil olub.

"Bu və ya digər səbəbdən fəaliyyəti dayandırılmış universitetdə təhsilləri yarımçıq qalmış şəxslər öz attestatlarını ala bilmirlər. Bununla bağlı bizə çoxlu müraciət daxil olub. Həmin tələbələrin ilkin mərhələdə 5000 nəfərin attestatı veriləcək. Proses növbəti həftənin birinci günündən başlanılacaq”.

C.Valehov qeyd edib ki, attestat almaq istəyən şəxslər nazirliyin qaynar xəttinə (146-1) müraciət edərək qeydiyyatdan keçə, sonra isə şəxsiyyətini təsdiq edən sənədlə Təhsil Nazirliyinin Vətəndaşların Qəbul Mərkəzinə yaxınlaşaraq ala bilərlər.
"Bir daha deyirəm, burada söhbət diplomdan yox, attestatdan gedir. ABU-da attestat çoxdur. Odur ki, proses davam edəcək”.
azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA