Pəhləvanların "Bayat"ında nələr baş verir?

img

29-04-2015 [14:57]


«Bayat» kafesini «Pəhləvan» qardaşlar işlədir, amma işin içində polis rəisinin adı da hallandırılır Sumqayıt şəhərinin girəcəyində gecələri səsli-küylü, cavanların aşıb-daşdığı, hər gün səhərdən axşama qədər daş daşıyıb, fəhləlik edən insanların getdiyi və aldadılğı bir məkan var. Qapısından içəri girildikdə böyük bir kafe və ya restoran olduğu zənn edilən həmin yerin adı «Bayat» kafesidir. Səs-küyü, «kəndəvoy» diskotekası ilə diqqəti çəkən «Bayat» əslində kafe yox, açıq şəkildə əxlaqsızlıq yuvasıdır. Burada yaşı 16-dan tutmuş, 30 yaşına qədər intim xidmət göstərən «növbənöv» qızların yarıçılpaq formada ortalıqda gəzişməsi isə birmənalı olaraq müştəri «tutmaq» taktikasıdır. Qapıdan içəri daxil olduqda səni «ədəblə» qarşılayan bu yarıçılpaq qızların ilk olaraq ofisant olduğunu zənn edənlər də az deyil. Amma masa başında əyləşdikdən sonra irişə-irişə müştəriyə yaxınlaşıb, onun nə istədiyini soruşan və sonda işi intim xidmətə gətirib çıxaran bu kafe «sakinləri»nin tək məqsədi 20-30 manat müqabilində gənclərin ehtirasını söndürməkdən başqa bir şey deyil. Üstəlik, bu irişməklik, həm də içəcəyin çayın, pivənin və ya yeyəcəyin yeməyin hesabının artmasına da ciddi təsiri var. Yəni, bu yarçılpaq qızlar gənclərin «başını bişirib» sonda ona elə bir hesab təqdim edirlər ki, müştərinin ağzı açığa qalır. «Bayat»ın sahibi «Pəhləvan qardaşlar» deyilən şəxslərdir. Onların kimliyi haqqında bilgi elə də çox deyil. Bilinən odur ki, bu qardaşlar «Qarabağ qazisi» adı altında gizlənməklə, özlərinə bu şəkildə «çörək» qazanırlar. Həmçinin onların belə obyektlərinin sayı bir deyil, bir neçədir və hamısı Sumqayıt yolunun üzərində yerləşir. Bizim üçün maraqlıdır ki, Sumqayıt şəhərinin girəcəyində, yolun düz kənarında, hamının gözü qarşısında əxlaqsızlıq yuvası fəaliyyət göstərdiyi halda şəhər Polis İdarəsi niyə tədbir görmür? Bunun səbəbi nədir ki, polis məsələyə müdaxilə edərək, gənclərin əxlaqını korlayan və qanunla qadağan olunmuş işlə məşğul olanları məsuliyyətə cəlb etmir? Olmaya iddialar doğrudur? Olmaya Sumqayıt polisinin həqiqətən də bu obyektin işləməsində əli var və ya yardımçı olur? Hər halda biz buna inanmaq istəmirik. Amma ona da inanmağa çalışırıq ki, Sumqayıt Polis İdarəsi məsələ ilə bağlı tədbir görüb, qanunun aliliyini təmin edəcək.
R.ZEYNALLI

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA