29-04-2015 [15:39]
Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Diasporla İş üzrə Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 3-cü Qlobal Bakı Forumunda çox kəskin çıxış edib.
O, çıxışdan öncə Azərbaycan tərəfdən çıxış edənlərin sayının az olduğu üçün əlavə vaxt verilməsini xahiş edib. Ardınca isə aydın şəkildə "kimin üçün maraqlı olmasa, iclası tərk edib gedə bilər”, - deyib. Dövlət rəsmisi bildirib ki, vaxtilə universitetdə dərs dediyi zaman Azərbaycanın haqlı səsinin eşidiləcəyinə, haqq-ədalətin bərpa ediləcəyinə inandığını bildirdi: "Ancaq sonradan biz yanıldığımızı gördük və inamımız sındı. Azərbaycanın 20 faiz ərazisi işğaldadır. Bu gün bu münaqişə Minsk qrupunun monopoliyasına verilib. Ancaq hamı bilir ki, bu qrup münaqişəni həll edə bilməz. İlk dövrlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe ortaya qoyulsa, münaqişə həll edilsəydi, ondan sonra Gürcüstan, Moldova və Ukrayna ilə bağlı problemlər bəlkə də yaranmazdı”.
"Əlbəttə, bizim nöqsanlarımız da çoxdur. Amma bu nöqsanlara bu cür yanaşmaq olmaz. Hər gün Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Nə üçün belə olmalıdır?” - deyə, N. Məmmədov gileyini də bildirib. Əlavə edib ki, Azərbaycanda demokratiya ilə bağlı problem ola bilər. Amma əgər Qərb səmimidirsə, nə üçün Azərbaycan ərazilərinin 25 ildən artıq işğal altında olması barədə bir mövqe ortaya qoymurlar: "İnsan hüquqları pozulursa, başa düşürəm bunu tənqid etmək lazımdır. Amma 25 ildir 1 milyon insanın haqı pozulub, niyə bir dövlət başçısı ortaya prinsipial mövqe qoymur, Qərb bir kəlmə demir. Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhrandır. Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizimçün”.
N.Məmmədov deyib ki, qədim yunanlarda olimpiada vaxtı düşmənçiliklər dayanardı: "Amma Azərbaycanda keçiriləcək Avropa oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki, biz bunu təsəvvür edə bilmirik. Bəlkə olimpiada bitərdi, sonra başlayardılar. Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz”.
PA rəsmisi 2012-ci ildə "Avrovizion” ərəfəsində də eyni basqıların olduğunu dedi.
PA rəsmisi deyib ki, Azərbaycan 24 illik müstəqilliyi dövründə Qərblə səmimi əməkdaşlıq edərək, bunun əvəzində yeganə bir şey istəyib: "Azərbaycanın ərazi bütövlüyünün işğaldan azad olunmasında ədalətli mövqe. Amma biz bunu görmədik. Avropaya olan səmimi münasibətimiz tükənir. Sanki, Azərbaycanı Liviya, Suriya dövlətinə çevirmək istəyirlər. Buna imkan verilməyəcək. Nə üçün Dağlıq Qarabağdan əlavə 7 rayon 24 ildir işğal altındadır. Amma bir dövlət bu məsələni qaldırmır. Niyə?!”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi