27-04-2015 [22:50]
"Zaur Məmmədov barəsindəki cinayət işinə xitam verilib, bəraət hökmü çıxarıla bilər”.
Bunu azvision.az-a açıqlamasında vəkil Adəm Məmmədov deyib. O, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızını döyməkdə təqsirli bilinən Zaur Məmmədovun tezliklə azadlığa çıxacağını istisna etməyib. Vəkilin sözlərinə görə, məlum videoda hər hansı bir cinayət əməlinin olması faktı mövcud deyil:
"Cinayət işində xuliqanlıq, ictimai münasibətlərin kobud şəkildə pozulmasından söhbət gedir. Bununla bağlı Ali Məhkəmənin müvafiq qərarı var. Orda ictmai münasibətlərin pozulma normaları qeyd olunub. Həmçinin dövlətə və vətəndaşlara ziyan vurulması halları da var. Bu qərar uyğun olaraq mübahisə olunan yerdə həmin şəxslərin söyüş söymələri, söyüşün nə qədər davam etməsi, həmin sözləri kimlərin eşitməsi məsələləri tam araşdırılmalıdır.
Videodan da görünür ki, Məmmədov qardaşları Ülkər İsayevanı yalnız avtomobildən bayıra çıxardırlar. Ona qarşı hər hansı bir kobudluğun olmasını əks etdirən kadrlar videoda yoxdur. Ağır söyüş və təhqirin olmaması, zərərçəkmiş şəxsə xəsarət yetirilməməsi, eyni zamanda dövlət və vətəndaşların əmlakına ziyan vurulması halları mövcudd deyilsə, cinayət işinə ya bəraətverici əsaslarla xitam verilməlidir, ya da gələcəkdə bu iş yenidən məhkəməyə göndərilərsə, onlar barəsində ittiham hökmünün çıxarılması çox çətin olacaq”.
Vəkil hesab edir ki, istintaq bu işdə cinayət əməllərinin olub-olmamasını sübuta yetirməlidir: "İctimai münasibətlərin hansı formada pozulması halları istintaq zamanı sübuta yetirilməlidir. Video çəkilişə ilkin olaraq baxanda, orada hər hansı bir cinayət əməlinin olması faktı öz təsdiqini tapmır. Ali Məhkəmə Plenimunun qərarı var. Cinayət Məcəlləsinin 132-ci maddəsi 2012-ci ildə məcəllədən çıxarılıb. Yəni bu maddə İnzibati Xətalar Məsəlləsinə daxil edilib. C. M-nin 128.1 maddəsi isə döyülmə ilə bağlıdır. Onların işində döyülmə əməli yoxdur. Tərəflər də bu məsələ ilə bağlı şikayətçi deyillər. Burada şikayət də əsas deyil. Burada ictimai münasibələrin pozulması əsas götürülür. Bu işdə ictimai münasibətlərin pozulması faktını mən görmürəm.
Videodan görünür ki, orada söyüş söyüləməsi və vətəndaşların bunu eşitməsi sıfıra bərabərdir. Orada ucadan söyüş söyülməyib. Bu hiss olunmur. Danışıqlar həmin şəxslərin öz aralarında gedir. Bu söhbəti yalnız onların özləri eşidirlər. Ona görə də cinayət işinə xitam verilib bəraət hökmü çıxarılmalıdır”.
Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. H.İsaxanlı mətbuata açıqlamasında qızının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın qızı olmadığını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi