27-04-2015 [19:14]
1999-2006-cı illərdə maliyyə naziri işləmiş Əvəz Ələkbərov iqtidara sətiraltı mesaj verib.
Mia.az keçmiş nazirin Modern.az saytına müsahibəsini təqdim edir:
- Əvəz müəllim, hazırda nə işlə məşğulsunuz?
- Mənim həyatım, yaradıcılığım, dünyagörüşüm, gördüyüm işlər, indiki mövqeyim haqqında "İnterAz” TV "Antrakt” adlı film çəkir. Ona görə də bu işlə məşğulam. Bu sənədli filmi şənbə günü göstərəcəklər.
- Qarşıdan parlament seçkiləri gəlir. Hər halda, sizin müəyyən tərəfdarlarınız da var. Bunu nəzərə alıb deputatlığa namizədliyinizi irəli sürə bilərsinizmi?
- Açığını deyim, parlamentdə təmsil olunmaq üçün deputatlığa namizədliyimi irəli sürmək haqqında düşünməmişəm. Heç bu məsələnin üzərində dayanmıram və bundan sonra da belə olacaq.
- Keçmiş maliyyə naziri Fikrət Yusifov "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi yaradıb və onun sədridir. O iqtisadi sahədə baş verən proseslərlə bağlı müxtəlif təhlillər verir. Sizin də belə bir qurum yaratmaq niyyətiniz varmı?
- Mənim hansısa təşkilat yaratmaq şansım daha çox idi. İstəsəydim, çoxdan belə bir təşkilat təsis edərdim. Təcrübəm, biliyim hər hansı təşkilat yaradıb onu idarə etməyə və təhlillər ortaya qoymağa imkan verir. Ancaq mən daha çox gəzməyə, dünyada baş verən prosesləri izləməyə, sağlamlığımı qorumağa üstünlük vermişəm. Kimsə nəsə yaradıbsa, Allah işini avand eləsin! Allah eləsin ki, bu cür təşkilatlar cəmiyyətə, xalqa, dövlətə faydalı bir şey versin. Yaratmaq asandır, amma əsas fayda verməkdir.
- Keçmiş maliyyə naziri kimi dolların manata nəzərən məzənnəsinin yüksəlməsinin perspektivi barədə proqnozlarınız nədir?
- Hökumət Mərkəzi Bankla birgə güclü çevik siyasət həyata keçirməlidir. Kənd təsərrüfatına ayrılan kreditlərin məbləği artırılmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Rəqabət qabiliyyətli məhsulların artmasına önəm verilməlidir. Azərbaycanda kredit faizləri çox yüksəkdir. Heç olmasa, faiz dərəcələri 2 dəfə aşağı düşməlidir. Ölkədə real iqtisadiyyata diqqət edilir, amma real sektora daha böyük diqqətin ayrılmasına ehtiyac var.
- İqtisadiyyat sahəsində xeyli təcrübəniz var. Məhz bu təcrübə və potensialınıza görə gələcəkdə hansısa dövlət vəzifəsinə təyin olunmağınızı gözləyirsinizmi?
- Həyatda hər şey ola bilər. Uinston Çörçill görün neçə yaşında gəlib Böyük Britaniyanın baş naziri olub?! Xalqıma, dövlətimə, komandama iş qabiliyyətim məlumdur, lazım olarsa, hər şeyə hazıram. Mən özümü bu hakimiyyət komandasının bir üzvü sayıram. Amma oturub nəyisə gözləməklə bağlı fikirlərdən də uzağam.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi