27-04-2015 [17:02]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Mia.az xəbər verrir ki, toplantı iştirakçıları Çanaqqala zəıfərinin 100 illiyi ilə bağlı Türkiyədə keçirilən anım mərasiminə və İrəvanda qondarma "erməni soyqırımı”nın 100 illiyinə həsr edilən tədbirlərə münasibət bildirib.
Partiya rəsmiləri Çanaqqala zəfərinin 100 illiyinin yüksək səviyyədə anılması faktını Türkiyə ordusunun işğalçı dövlətlər üzərində tarixi qələbəsi kimi dəyərləndirməklə bərabər bu mərasimin məğlub dövlətlərin vətəndaşları da daxil omaqla 250 mindən artıq insanın şəhid olduğu və Çanaqqalanın bir qardaşlıq məzarına çevrilməsi faktı kimi qiymətləndirib və bu tədbirin əsas qayəsinin dünyaya barış mesajı olduğunu diqqətə çatdırıb.
Qondarma "erməni soyqırımı”nın 100 illiyi adı altında İrəvanda keçirilən tədbirə və bu tədbirdə iştirak edən dövlətlərin iştirakına diqqət çəkən partiya yetkililəri üzərindən 100 il keçməsinə baxmayaraq yenidən bu cür mərasimlərdə antitürk, antimüsəlman övqatının yaşandığını, erməni himayədarları olan dövlətlərin Türkiyəyə və bütövlükdə türk dünyasına qarşı nifrətinin ortaya qoyulduğunu qeyd edib və siyasi mahiyyət daşıyan bu cür tədbirlərin sülhdən, barışdan uzaq olduğunu bildirib. Bu gün Türkiyəni qondarma "erməni soyqırımı”nda ittiham edən Fransanın, Rusiyanın, Almaniyanın, Serbiyanın vaxtı ilə ərazilərində yaşayan və müstəmləkələrinə daxil olan xalqlara qarşı törətdiyi soyqırım aktlarına - Fransanın əlcəzairlilərə, başqa məhzəbdən olan quttenatlara, Rusiyanın çeçenlərə, inquşlara və digər Qafqaz xalqlarına, Almaniyanın yəhudilərə, serblərin müsəlman bosnaqlara, XX əsrin dəhşətli Xocalı soyqırımının müəllifi kimi tanınan ermənilərin azərbaycanlılara qarşı törətdiyi insanlıq cinayətinin heç də uzaq tarix olmadığını diqqətə çəkən partiya rəsmiləri məhz həmin dövlətlərin yenidən erməni himayədarı kimi çıxış etməsini onların xristian təəssübkeşliyindən döğduğunu qeyd edib və dünya xalqlarını əsl soyqırım törədicilərini dərindən tanımağa səsləyib.
İdarə Heyəti Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin "Şərq tərəfdaşlığı”nın may ayında Riqa sammitində iştirak edəcək ölkələrə hədələyici bəyanat ünvanlaması faktını qətiyyətlə pisləyib və imperiya ambisiyasından irəli gələn bu cür hədələyici bəyanatları müstəqil ölkələrin suverenliyinə qarşı yönələn, beynəlxalq hüquq normalarını pozan bir hərəkət kimi dəyərləndirib. Eyni zamanda Avropa Parlamentinin qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qətnamənin qardaş Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş siyasi akt olduğuna diqqət çəkən patiya rəsmiləri hakimiyyəti Riqa sammitində aşağı səviyyədə təmsil olunmağa və hazırkı şərtlər daxilində Avropa ilə yaxınlaşmanın perspektivi haqda düşünməyə çağırıb.
İdarə Heyəti millətimizin yaddaşında işğal günü kimi həkk olunan 28 aprel tarixinə və 70 ildən artıq davam edən bu qanlı tarixin Azərbaycan xalqının taleyində necə dərin və sağalmaz yaralar buraxdığına diqqət çəkib və repressiyalarla, deportasiyalarla, maddi və mənəvi sərvətlərimizi qarətlə, talanla müşahidə olunan bu dövrü bölşevik Rusiyası tərəfindən Azərbaycana qarşı yürüdülən, genosidlə nəticələnən iqtisadi siyasət kimi xarakterizə edib və xalqımızı müstəmləkəçi rus siyasətinin gətirdiyi bəlalardan ciddi nəticə çıxarmağa çağırıb.
İdarə Heyəti qondarma "Talış-Muğan Respublikasının” rəhbəri kimi özünü təqdim edən, parçalayıcı, bölücü əməllərinə görə Azərbaycan vətəndaşlığından məhrum edilərək xarici ölkələrə sığınan Ə.Hümbətovun ermənilərlə talışların yaxınlığı, ermənilərin türklər tərəfindən genosidə məruz qalması barədə verdiyi sərsəm bəyanatı qətiyyətlə pisləyib. Partiya yetkililəri etnik qarşıdurmaya, Azərbaycanın milli birliyinə əleyhinə yönəlmiş bu cür bəyanatların arxasında Azərbaycanın birliyini pozmaq niyyəti güdən xarici qüvvələrin durduğunu bildirib. Eyni zamanda ermənilər tərəfindən törədilən genosid aktının təkcə türklərə qarşı deyil, Azərbaycan ərazisində yaşayan bütün xalqlara və bütövlükdə türk və müsəlmanlara qarşı törədildiyini bəyanat müəllifinə xatırladan partiya yetkililəri, bu cür sərsəm bəyanatları Azərbaycan xalqına qarşı xəyanətlə yanaşı, xalqımızın ayrılmaz tərkib hissəsi olan, bütün acı və şirinləri birgə bölüşdüyümüz, Qarabağ döyüşlərində ən böyük itkilər verən talış qardaşlarımıza, və şəhid olan talışların ruhuna qarşı hörmətsizlik kimi dəyərləndirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi