Ramil Usubovdan sərt əmr - iki polis zabiti haqda araşdırma başlandı

img

27-04-2015 [11:50]



Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinin iki əməkdaşı işdən çıxarılıb.

PB-nin baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndəriliblər.

Bundan başqa, M.Rzayev və C.Əkbərovun yol verdikləri qanun pozuntuları barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanılıb. (report.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA