27-04-2015 [11:24]
Oğuz rayonu, Kərimli kəndində pasport qeydiyyatında olan, ancaq Yasamal rayonu Xıdır Mustafayev 216 A ünvanında yaşayan Daşqın Elxan oğlu Vahablı tərəfindən Mia.az-a-a şikayət məktubu daxil olub.
Şikayətçi prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır ki, Şəki şəhərində yerləşən şöbədə polis rəisinin kobudluğu və digər qanunsuzluqlarla qarşılaşıb:
«Mən, 22.04.2015 tarixində sürücülük vəsiqəsi almaq məqsədi ilə imtahanının ikinci mərhələsi olan sürmədə iştirak üçün Şəki şəhərində yerləşən 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə dostum Rauf İsmayılovla birlikdə getdim. Xəzinəyə müvafiq rüsumu ödədikdən sonra məni sürmə imtahanı üçün avtomobilin yanına göndərdilər. Orada məndən başqa 7-8 nəfər də imtahan vermək üçün dayanmışdı. Mən müəllimə imtahan vermək üçün gəldiyimi bildirdim. O isə «Hələ gözlə, siyahıda adamlar var», - deyə, cavab verdi. Gözlədim. Təxminən yarım saatdan sonra hər kəsin imtahanı bitdi. Ancaq məni çağırmadılar Müəllim avtomobildən düşərək qapını bağlayarkən təkrar müəllimə yaxınlaşdım və məndən imtahan götürmələrini xahiş etdim. O, əlimdəki xəzinədən aldığım çekə baxıb, qeydiyyatdan keçməli olduğumu deyib, başqa birinin yanına göndərdi. Göndərdiyi yer qeydiyyat otağı idi və qapısı bağlı idi. Heç kim qapını açmırdı. Bir müddət sonra qapı açıldı və mən qeydiyyatdan keçdim. Və mənə get avtomobilin yanında gözlə, nə vaxt müəllim gələrsə, onda səndən imtahan götürər».
Şikayətçi yazır ki, xeyli gözlədikdən sonra qeydiyyat ottağına yaxınlaşıblar: «Dostum Raufla birgə yaxınlaşdıq. Birdən qapı açıldı. Mülkü geyimdə tanımadığımız bir şəxs kobud bir şəkildə dostumə «Nə lazımdı?!» soruşdu. Cavaab verməyə imkan vermədən ədalı şəkilldə bi neçə dəfə yenə eyni sualı verdikdən sonra dostumun sinəsindən itələyərək, «gedin, aşağıdda gözləyin» dedi. Həmin mülki geyimli şəxsin «get, aşağıda gözləəəəə!!!!» bağırtısı hələ də qulağımızdadır».
Şikayətçi deyir ki, belə qaba rəftardan sonra həmin şəxsin kimliyi ilə maraqlanıblar. Aydın olub ki, onlarla aşağılayıcı tərzdə qovan rəis olub:
«İmtahan-qeydiyyat bölməsinin əməkdaşları bu adamdan elə qorxurrdular ki, adını da deməkdən çəkinirddilər. Nəhayət, öyrəndik. Aydın oldu ki, dostumu sinəsindən itələyən, məni isə küçə səviyyəsində qovan rəisin adı Natiq Yaqubovdur. Bunddan sonra 102 və 902
xidmətinə zəng vurub, dövlət orqanındakı baş vermiş olan hüquq pozuntusu ilə
əlaqədar şikayət etdik. Bu şikayətlərdən 15 dəqiqə sonra imtahanı götürən
müəllim deyil, rəisin müavini Vüqar adlı şəxs avtomobilin yanına gələrək məndən
imtahan götürəcəyini dedi. Açığı, dəhşətli stressdəydim. Amma buna rəğmən, avtomobili
idarə etməkdə heç bir çətinliyim yox idi, çünkü həm qaydaları bilirdim, həm də
sürmə təlimi keçmişdim. Ancaq rəis müavini «kəsildin» deyərək, məni maşından düşürdü…».
Sonda şikayətçi prezidentə üz tutaraq öncə rəis Natiq Yaqubovun etik davranış kodeksini pozan əməlinə görə ondan və dostu Rauf İsmayılovdan üzr istənilməsini və barəsində tədbir görülməsini xahiş edib: «Eyni zamanda, mənim sürücülük vəsiqəmi almağıma köməklik göstərməyinizi rica edirəm».
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi