İlham Əliyev Kəmaləddin Heydərova göstəriş verdi

img

27-04-2015 [09:49]



Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepalda baş vermiş təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi üçün iş aparır.

Mia.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi və humanitar yardımın göndərilməsi istiqamətində işlər aparır.

Nazirlik bu barədə əlavə məlumat veriləcəyini də qeyd edir.

Xatırladaq ki, bu il aprelin 25-də Nepal Federativ Demokratik Respublikasının ərazisində 7.8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 2 mindən çox insan ölüb, 5 mindən çoxu isə yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA