Putindən sensasion açıqlama: "ABŞ-ın Azərbaycandakı xüsusi xidmətləri..."

img

26-04-2015 [22:13]


2000-ci illərin əvvəllərində Rusiyanın xüsusi xidmət orqanları Şimali Qafqazdakı silahlılarla ABŞ-ın Azərbaycandakı xüsusi xidmətləri ilə birbaşa təmasda olduğunu qeydə almışdılar. 

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə prezident Vladimir Putin "Rossiya 1” telekanalında efirə getmiş "Prezident” filmində bildirib. 

Onun sözlərinə görə, bunu biləndən sonra o, ABŞ-ın o vaxtkı prezidentinə izahat üçün müraciət edib. "10 gündən sonra Rusiya FTB-si Vaşinqtondakı həmkarlarından belə bir məktub aldı: "Biz Rusiyanın bütün müxalifət qüvvələri ilə əlaqələr saxlayırıq və saxlayacağıq. Və hesab edirik ki, buna haqqımız var və bundan sonra da belə edəcəyik”” – deyib Kreml başçısı. 

"Kimlərsə, ələlxüsus da Qərbin xüsusi xidmətləri hesab edirdilər ki, əgər kimsə onun əsas geosiyasi rəqibini laxladırsa – artıq bildiyimiz kimi, Rusiya onların şüurunda həmişə bu statusda olub – o zaman bu, onların faydasınadır” - əlavə edib Rusiya prezidenti. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA