25-04-2015 [16:09]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasında iştirak etmək üçün ABŞ Nyu-York şəhərində səfərdədir.
Mia.az xəbər verir ki, 20-24
aprel tarixləri ərzində BMT-nin Nyu-York Şəhərindəki baş qərargahında baş tutan
sessiya çərçivəsində BAMF sədri Umud Mirzəyev, BAMF-ın Nyu York təmsilçisi
Serqey Matsko və "Ümid Sosial İnkişafa Dəstək" İctimai Birliyinin sədri
İsrayıl İsgəndərov bir sıra rəsmilərlə görüşlər keçiriblər.
İlk görüş Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı
yanında daimi nümayəndəliyində olub. BMT-dəki daimi nümayəndəyimiz Yaşar Əliyev
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin rolunu yüksək qiymətləndirərək
xüsusilə BMT-də birgə fəaliyyətin zəruriliyindən söz açıb. Bu tipli yüksək səviyyəli
tədbirlərə qatılmağın əhəmiyyəti haqqında danışılan görüşdə gələcək əməkdaşlığın
imkanları da müzakirə olunub.
Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri
BMT-nin Demokratiya Fondunda,
o cümlədən nüfuzlu Kolumbiya Universitetində BMT-nin vacib agentlikləri
olan BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Qaçqınlar
Üzrə Ali Komissarlığı (UNHCR) və Avropa İttifaqının
təmsilçilərinin də iştirak etdiyi Ukraynadakı humanitar böhranla bağlı dinləmələrə də
qatılıblar.
Daha bir görüş isə BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə baş tutub.
BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu
üzvü olan BAMF-ın ən yüksək statuslu üzvlərin birgə şəbəkəsinin yaradılması ilə
bağlı təklifi müsbət qiymətləndirən cənab Padova bu sahədə istənilən dəstəyi
göstərməyə hazır olduğunu bildirib. BMT-nin İqtisadi və Sosial Şurasının QHT
bölməsinin ən yüksək statuslu üzvlərinin Bakı və ya Nyu Yorkda toplantısının
baş tutması isə bütün üzvlərə ciddi faydalar gətirə bilər, şuranın gələcək
layihələrinin inkişafı üçün perspektiv imkanlar aça bilər. Sonda cənab Padovaya
BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində təlim keçən minadan zərərçəkən qadınlar tərəfindən
toxunmuş nəfis xalça hədiyyə olunub.
Aprelin 23-də isə BAMF sədri Umud Mirzəyev əsas müzakirə mövzusu ""Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün hökumətin etibarını qazanmaq, bunun üçün nə etməli ?” olan sessiyaya qatılıb.
Bu tədbirə BMT-yə üzv olan 193 ölkədən ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və rəsmilər iştirak edir.
Xatırladaq
ki, bu il BMT üçün xüsusi bir ildir. Çünki Minilliyin İnkişaf Məqsədləri artıq
başa çatır və 2015-ci ildən sonrakı Dayanıqlı İnkişaf Məqsədləri müəyyənləşdirilir.
Dayanıqlı İnkişaf Məqsədlərinə növbəti 15 il ərzində nail olunması hədəf kimi
götürülür.
Məhz bu mövzuya uyğun sessiyada çıxış edən BAMF sədri
Umud Mirzəyev Azərbaycanın Minilliyin
İnkişaf Məqsədləri çərçivəsində 15 il ərzində qazanmış olduğu uğurları xüsusi
ilə vurğulayıb. Bunlar sırasında elektron hökümətin qurulması istiqamətində
görülmüş olan işlər, ASAN xidmətin işə düşməsi və digər uğurlardır. Cənab Mirzəyev
qeyd edib ki, dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hökumətin artıq zəruri işlərə
başlayıb. Belə ki, hökumət dayanıqlı inkişaf məqsədlərinin bir çox aspektlərini
əks etdirən və ölkə həyatının
bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva
edən "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlayıb və bu
konsepsiyanın dövlət proqramları vasitəsi ilə hədəf ilinə qədər həyata keçirilməsi
nəzərdə tutulur.
Daha sonra Umud Mirzəyev bildirib ki,
rəhbərlik etdiyi BAMF, vətəndaş
cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir ki, 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və
icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF–ın müharibədən zərərçəkmiş regionlarda ortaya
qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi
korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu tendensiya
olmuşdur.
Bununla yanaşı, dünya ictimaiyyətinin xüsusilə
münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşması və dayanıqlı inkişaf üçün
bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyi də BAMF sədrinin
çıxışında xüsusi vurğulanıb.
"Bu gün dünyamız konfliktlər məngənəsində yaşayır. Davam etməkdə olan və dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir. Qlobal kataklizmlərin geniş dağıdıcı təsiri nəinki davamlı inkişaf, eləcə də bəşəri sülhün qorunması üçün ciddi təhlükəyə çevrilmişdir. Belə bir həssas məqamda, dövlətlər arası etimadın formalaşdırılması və gücləndirilməsi üçün beynəlxalq hüququn prinsiplərinə, sülhün bərqərar olması üçün qəbul edilmiş BMT qətnamələrinə ciddi hörmət edilməli, qərarların icra mexanizmlərinin tapılması istiqamətində qəti addımlar atılmalıdır. Artıq uzun illərdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri ilə, ərazilərinin işğalı, bir milyondan çox məcburi köçkün faktoru ilə üz-üzədir. Konfliktin nizamlanması üçün hələ 90-cı illərin əvvəllərində qəbul edilmiş 4 BMT qətnaməsinin prinsiplərinə riayət olunmaması, regionda sülhün qorunması, davamlı stabil dayanıqlı inkişafın təmin edilməsinə ciddi təhlükə yaratmaqdadır” – deyə, BAMF sədri sessiya iştirakçılarına müraciət edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi