Putin və Ollanda qarşı 17 prezident Çanaqqalada! - VİDEO

img

24-04-2015 [23:53]


Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı mərasimə start verilib.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi mərasimdə 17 prezident, 3 parlament rəhbəri, 3 prezident yardımçısı, 5 baş nazir, 1 eks prezident, 28 nazir olmaqla 90-a yaxın ölkədən yüksək vəzifəli şəxslər qatılıb.

Prezident Ərdoğan mərasimdə iştirak edən müsəlman siyasətçilər, o cümlədən Azərbaycan dövlət başçısı İlham Əliyevlə birgə Yahya Çavuş Şehitler məscidində namaz qılıb. Müsəlman olmayan liderlər üçün isə boğaz turu təşkil edilib.

Xatırladaq ki, bu gün Ermənistanda qondarma erməni soyqırımının 100-cü ildönümü qeyd olunub. Tədbirdə 2 ölkə prezidenti -Fransa və Rusiya liderləri iştirak ediblər. Çanakkala zəfərinin aprelin 24-nə salınması təsadüfi deyil, belə ki bu, erməni iddialarına cavab xarakteri daşıyır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA