24-04-2015 [17:37]
Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində "İKT-də xanımlar günü” (Girls in ICT Day”) Azərbaycanda qeyd olunub.
Mia.az xəbər verir ki, qeyd edilən gün münasibətilə "İKT-nin qadınların həyatındakı rolu” mövzusunda ADA Universitetində konfrans keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədovun da iştirak etdiyi konfrans "Femmes Digitales - Azərbaycan İKT xanımları klubunun” təşkilatçılığı ilə baş tutub. Qeyd edək ki, "Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales - Azərbaycan İKT xanımları klubu” yaradılıb və bu qurumun əsas məqsədi xanımların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına dəstək olmaqdır. Qadınların İKT sektorunda iştirak səviyyəsinin yüksəldilməsini hədəfləməklə, konfransın keçirilməsində məqsəd Azərbaycanda İKT sektorunun qadınların işlə təmin olunmasında uzunmüddətli perspektivlər vəd etdiyinə dair məlumatlılığın artırılması, milli səviyyədə rəqəmsal iş yerlərinin yaradılmasını hədəfləyərək dövlət və özəl sektorları arasında səmərəli əməkdaşlığın dəstəklənməsi və iştirakçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsidir. ADA Universitetində baş tutan konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin, ATƏT-in, ADA Universitetinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), Azərbaycan İKT Xanımları Klubunun nümayəndələri iştirak edib. Azercell Telekom MMC-ni bu konfransda şirkətin Texnologiyalar departamentinin Transmissiya şəbəkəsi bölümünün rəhbəri və Proseslərin İnkişafı üzrə konsultant vəzifələrində çalışan, bundan öncə Azercell-in Texnologiyalar Departamentinin direktoru vəzifəsini icra edən əməkdar mühəndis Xavər Babazadə təmsil edib. Xavər Babazadə konfransda "İKT-də qadınların rolu” mövzusunda çıxış edib. Məlumat üçün bildirək ki, Azercell-də 3G, 4G şəbəkələrinin qurulması, metro stansiyalarında Azercell abunəçilərinin danışa bilməsi, Eurovision-2012 tədbiri boyu kəsintisiz şəbəkənin təmin edilməsi məhz bu xanımın rəhbərliyi altında aparılan işlərin nəticəsində mümkün olub. Xavər Babazadə çıxışında getdikcə daha çox xanım mütəxəssislərin İKT sahəsinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell Telekom ölkəmizdə bu sahədə ekspert kadrların yetişdirilməsinə hər zaman dəstək olub. Ölkəmizdə İKT istiqamətində öz nailiyyətləri ilə tanınan əməkdar mühəndis Xavər Babazadənin Azercell-də keçdiyi karyera tarixçəsi xanımların bu sahədə uğur qazanmasına ən gözəl nümunə olmaqda davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi