24-04-2015 [14:16]
Ermənilər Azərbaycan Müdafiə Nazirliyini onların internet saytlarına haker hücumları təşkil edərək təxribat xarakterli materiallar yerləşdirməkdə, daha sonra həmin materiallara istinad edən KİV-lərimizi isə qeyri-peşəkarlıqda ittiham edirlər.
Mia.az xəbər verir ki, bununla bağlı Trend-in sorğusunu cavablandıran Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, nazirliyin ermənilərin iddia etdikləri məsələlərə heç bir aidiyyatı yoxdur: "Biz belə işlərlə məşğul olmuruq. Müdafiə Nazirliyi erməni saytlarına heç bir haker hücumu təşkil etmir. Əksinə, ermənilər bizim saytlara qarşı intensiv haker hücumları təşkil edirlər və bunu etiraf da edirlər. Yeri gəlmişkən, ermənilər bir neçə gün bundan əvvəl xəbər yaymışdılar ki, Azərbaycan tərəfi guya haker hücumunun həyata keçirməyi planlaşdırır. Amma özləri bu günlərdə Azərbaycan və Türkiyənin 300-ə yaxın saytına haker hücumu təşkil ediblər”.
Polkovnik V.Dərgahlı qeyd edib ki, ermənilər KİV-lərdə Ermənistan ordusundakı neqativ hallar, cəbhədəki vəziyyət, eləcə də ordudakı itkilərlə bağlı məlumatları özləri yerləşdirirlər. Amma sonra ya qəsdən, ya da hərbi-siyasi rejimin müxtəlif yollarla təzyiqi altında bu məlumatları saytlardan çıxarırlar. Onlar vəziyyəti yalanla ört-basdır edərək situasiyanı başqa cür təqdim etməyə çalışırlar: "Nəhayət, ermənilər özləri boyunlarına aldılar ki, həqiqətən bir neçə gün əvvəl partlayan avtomobil onlarındır. Əvvəl deyirdilər ki, vurulan helikopter də Ermənistana məxsus deyil, 6 nəfərin minaya düşüb ölməsini də boyunlarına almırdılar, snayperimizin iki nəfər erməni hərbçisini vurmasına dair video kadrların da həqiqiliyini qəbul etmirdilər. Amma sonra hamısı təsdiqləndi. Müdafiə naziri Seyran Ohanyanın Azərbaycana könüllü əsir düşən əsgərin ailəsinə problemlər yaratdığını gizlətməyə çalışırdılar, amma axırda yerli əhali özü ayağa qalxdı. Bundan əlavə, deyirdilər ki, azərbaycanlılar özləri öz kəndlərini atəşə tuturlar. Ona görə də ermənilərin bu yalanlarına uymaq lazım deyil. Biz artıq onların belə dezinformasiyalarına öyrəncəliyik və bu kimi hallara qarşı lazım olan bütün önləyici tədbirlərimizi də görmüşük. Ermənilərin həm cəbhədə, həm də informasiya məkanındakı bütün təxribatlarının qarşısını alacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi