Bakıda bu marşrutlar kartla işləyəcək - SİYAHI

img

23-04-2015 [12:33]


Bakı şəhərində bəzi marşrutlar kart sistemi ilə fəaliyyət göstərəcək. Bakı Nəqliyyat İdarəsindən Lent.az-a bildirilib ki, hazırda bununla bağlı hazırlıq işləri görülür.
95, 52, 25, 1, 6, 14 nömrəli avtobus marşrutlarında gələn aydan nağdsız ödəniş sistemi tətbiq olunacağı gözlənilir. Həmin marşrut xətləri isə (52 nömrəli marşrut xətti istisna olmaqla) "Transqeyt” MMC-yə məxsusdur. Şirkətdən bildirilib ki, onlara məxsus avtobuslarda "Validator" tipli avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, ötən ilin sonunda Nəqliyyat Nazirliyi tərəfindən Bakıda nağdsız ödəniş sisteminə mart ayında keçiləcəyi bildirilsə də, bu, mümkün olmamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA