23-04-2015 [11:07]
Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Vüqar Əliyev həmkəndlisi, 20 yaşlı Pərvin Tanırverdiyevi bıçaqlayaraq öldürüb.
Mia.az Publika.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin avqustunda baş verib.
Vüqar Əliyev qonşusu Pərvin Tanrıverdiyev və iş yoldaşı Səliqə Hüseynova ilə birlikdə rayonun Zəyəm kəndində toya gediblər.
Toyda başlayan mübahisə
Onlar iş yoldaşları Şəlalə Hüseynovanın qardaşı oğlunun kiçik toy məclisində iştirak ediblər. Həmin gün axşam saatlarında Vüqar Əliyev, Səliqə Hüseynova və Pərvin Tanırıverdiev toydan çıxıblar. Həmin vaxt Vüqar da, Pərvin də sərxoş olublar.
Yol gedərkən Vüqar toyda Şiştəpə kənd sakini Sahib İbrahimovla aralarında mübahisə düşdüyünü və onların mübahisəsinə Pərvin Tanırverdiyevin müdaxilə etmədiyini xatırlayıb və bu səbəbdən Pərvinlə sözü çəp düşüb.
Vüqar qonşuları Rafiq Xudaverdiyev, Rəhman Əhmədov, Səliqə Hüseynovanın yanında Pərvin Tanrıverdiyevin ünvanına nalayiq söyüşlər söyüb, onu yumruq və təpiklə vurub.
20 yaşlı oğlana 22 bıçaq zərbəsi
Bundan sonra qonşuları Rafiq Xudaverdiyev, Rəhman Əhmədov, Səliqə Hüseynova, habelə Pərvin Tanırverdiyevin atası Nəbi Tanırverdiyev onların dalaşmasının qarşısını alıb. Dava sakitləşəndən sonra Vüqar Əliyev evinə gedib.
Təxminən 10 dəqiqə keçəndən sonra Pərvin Tanrıverdiyev Vüqar Əliyevin evinə gələrək onun boynunu qucaqlayıb və onunla barışmaq istəyib. Amma Vüqar Əliyev onunla barışmaq istəməyib və mübahisə yenidən böyüyüb. Mübahisə zamanı Vüqar Pərvin Tanrıverdiyevi bıçaqlayaraq öldürüb. Vüqar 20 yaşlı Pərvinə 22 bıçaq zərbəsi vurub.
Oğlu öldürülən ana qatilin evini yandırdı
Bu hadisədən şok vəziyyətinə düşən mərhumun anası Səba Tanrıverdiyeva Vüqar Əliyevin yaşadığı ünvana gələrək həmin mənzili yandırıb. Hadisə nəticəsində ümumi sahəsi 169 kvadratmetr olan ev külə dönüb.
Qatilə 17 il cəza
Vüqar Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmə araşdırması zamanı Vüqar Əliyevin xuliqanlıq niyyəti ilə adam öldürməsi tam sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qatil şərti cəza istədi
Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan Vüqar apellyasiya şikayəti verib. O, cəzasının şərti cəza ilə əvəzlənməsini istəyib.
Vüqar Əliyevin şikayəti araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Əliyev çıxış edib.
"Ailənin tək övladıyam”
Vüqar Əliyev qeyd edib ki, birinci instansiya məhkəməsinin hökmü əsassızdır: "Mənə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi gənc ailəmin dolanışığını həddindən artıq ağırlaşdırıb. Himayəmdə yaşlı, xəstə anam və azyaşlı övladım var. Atasız və evin tək oğlu olduğuma görə ailəmin dolanışığını mən təmin etmişəm. Həbs olunandan sonra evimizin yandırılması, ailə üzvlərimin döyülərək təhqir olunması və ailəmin evsiz qalması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb. Məhkəmə mənə həddindən artıq ağır cəza təyin edib”.
Apellyasiya Məhkəməsi Vüqar Əliyevin apellyasiya şikayətini təmin etməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi