AMEA ilə "Azərsu" arasında saziş bağlandı - FOTO

img

22-04-2015 [21:14]



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində "Azərsu” ASC-nin rəhbərliyi ilə görüş keçirilib.

Mia.az xəbər verir ki, tədbiri AMEA prezidenti, akademik Akif Əlizadə açaraq görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin məqsədi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Akademik ölkəmizdə su problemlərinin araşdırılması, həlli yolları və bu istiqmətdə texnologiyaların işlənib hazırlanması, həmçinin tətbiqi üzrə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.

Sonra "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov cəmiyyətin fəaliyyəti haqqında geniş məlumat verib. AMEA-nın potensialından danışan qurum rəhbəri vurğulayıb ki, dünyada texnologiyalar sürətlə inkişaf edir və bu texnologiyaların özəyində alimlər durur. Q.Hüseynov əməkdaşlığın səmərəli olacağına inamını bildirib.

Sonda AMEA və "Azərsu” ASC arasında "Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” Niyyət Sazişi imzalanıb. Bu sənəd çərçivəsində müvafiq istiqamətlərdə birgə layihələrin işlənməsi nəzərdə tutulur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA