Ramil Usubovdan daha bir əmr - TƏYİNATLAR

img

22-04-2015 [14:24]


Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatları olub.
Mia.az "report"a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, polis mayoru Məmmədov Səhman Cəfərqulu oğlu Bakı Şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun rəisi təyin olunub.
S.Məmmədov bu təyinata qədər Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəis müavini vəzifəsində çalışıb.
Nazirin digər əmrinə əsasən isə Səbail RPİ-nin 8-ci PB-nin rəisi müavini, polis mayoru Əhədov Rəşad Eldar oğlu 9-cu PB-nin rəis müavini təyin edilib.
Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili, polkovnik-leytenant İlham Məmmədov isə 8-ci PB-yə rəis müavini təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA