"Cənab nazir, mən sizdən pul və iş istəmirəm, qanuna əməl edin!" - Şikayət

img

22-04-2015 [12:31]


Abşeron rayonu Xırdalan şəhəri 27 məhəllə, bina 5, mənzil 3-də yaşayan Qarabağ müharibəsi əlili Rəhmanov Əhməd Fazil oglu tərəfindən Ədliyyə nazirli Fikrət Məmmədova şikayət məktubu yazılıb.

Mia.az-a daxil olan şikayət məktubunda Əhməd Rəhmanov yazır ki, məhkəmə "Azəriqaz"a qarşı qətnamə çıxarsa da, bu günədək icra olunmayıb:

"Sizə göndərdiyim sənəd icra sənədinin surəti 16 mart tarixində könüllü icra ücün "Azəriqaz " İB-nin rəhbərliyinə göndərilib. Bu sənədə əsasən "Azıriqaz" məhkəmə qərarını 10 gün müddətinə yerinə yetirməli, əks halda isə icranın məcburu yerinə yetiriləcəyi barədə bilbirilib. Lakin bu məktubun üstündən bir ay keçməsinə baxmayaraq, nə "Azəriqaz"dan, nə də bu qərarı yerinə yetirməli olan orqandan heç bir xəbər yoxdur. Bu gün  isə məhkəmə icraçısı mənə bildirib ki, "Azəriqaz"rəhbərliyi məhkəməni saymır, sizi yerinizə qaytarmaq istəmir, bizim də ona gücümüz catmır. Maraqlıdır, məhkəmə qərarını saymayan hansısa bir təşkilat və ona gücü çatmayan Ədliyyə sistemimiz Azərbaycanı xarici və daxili düşmənlərdən necə qoruyur?!


Düzdür, icranın və məhkəmənin təbirincə, bu, böyük cinayət deyil, nə kimsə kiminsə maşınını əzib, nə də kimsə hansısa məmuru təhqir edib. Bu, sadəcə 1 ildən artıqdır təhqir olunaraq, qanunsuz ixtisara salınan 2 nəfər Qarabağ müharibəsi əlilinin yenidən öz iş yerlərinə qaytarılması məsələsidir.



Cənab nazir! Sizdən xahiş edirəm, son vaxtlar vətənpərvərlikdən tez-tez dəm vurub, həqiqətdə isə vətənpərvərlik borclarını " Şuşa" , "Cıdır Düzü", " Xan çinarı" kimi əyləncə məkanlarında "yerinə yetirən" harınlamış  məmurlara və tabeliyinizdə olan iş icraçılarına qanunun üzünü göstərin. Mən sizdən nə pul, nə iş, nə də başqa təmənna güdürəm. Sadəcə, məhkəmə qərarına əməl edilməsinin təmin olunmasını istəyirəm...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA