İdarə rəisi: "Bizə Azərbaycan qadının həbsdə olması çox ağırdır, amma..."

img

22-04-2015 [11:24]


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Biləsuvarda yerləşən regional mərkəzinin rəhbərinin həbsdən azad edilməsi xəbərinin doğru olmadığını bildirib.


Mia.az Lent.az-a istinadən xəbər verir ki, idarə rəisinin sözlərinə görə, bu ayın 7-də Biləsuvarda əməliyyat tədbiri həyata keçirilib və həmin idarənin rəhbəri olan Xoşbəxt Ağayeva saxlanılıb:

 

"Xoşbəxt Ağayeva barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Sonradan apelyasiya məhkəməsinə müraciət olunsa da, bu qərar qüvvədə saxlanıldı. Düzdü, bizə bir Azərbaycan qadının həbsdə olması çox ağırdır, amma fakt və işin mahiyyəti bunu tələb edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA