22-04-2015 [09:29]
Bu ilin fevral ayında Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunan Cavid Qurbanovun kadrları nazir Ziya Məmmədovun qardaşının qəzəbinə gəliblər.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, iki gün əvvəl vəzifəsini itirən ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev də Cavid Qurbanovun ən yaxın kadrlarından biri olub:
«Pünhan Mürsəliyevin vəzifəsindən azad olunmasını isə hazırda ASC-də sədr əvəzi olan Saleh Məmmədov deyil, birbaşa Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov tələb edib. Pünhan Mürsəliyevin yerinə gətirilən yerliləri Anar Nəcəflinin təyinatı da birbaşa nazirin qardaşının göstərişi ilə həyata keçirilib».
Nəriman Məmmədovun iki ay ərzində Cavid Qurbanovun əsas adamlarını vəzifədən uzaqlaşdırdığını deyən mənbə bildirir ki, ASC-nin sədr əvəzi tam səlahiyyətsiz vəziyyətə gətirilib:
«Nazir Ziya Məmmədov qardaşı Nəriman Məmmədovun istəklərinə "yox” deyə bilmir. ASC-də nə qədər qıcıq doğuran hadisələr varsa, ya Nəriman Məmmədov, ya da onun istəyi ilə Ziya Məmmədov tərəfindən həyata keçirilib. Bütün bunlarda «Azəryolservis» ASC-nin sədr əvəzi Saleh Məmmədovun zərrə qədər rolu yoxdur. İnanın, o, bu qurumda tam səlahiyyətsiz statusdadır. Nəriman Məmmədov isə Cavid Qurbanovdan sonra bu ASC-də "təkhakimiyyətlik” ranqına yüksəlib. Saleh Məmmədov nəinki kimisə işdən çixarmaq və ya işə almaq, hətta ən kiçik maliyyə əməliyyatlarını da Nəriman Məmmədovun xəbəri olmadan apara bilmir...».

Məlumata görə, Nəriman Məmmədov hələ Cavid Qurbanovun dövründə də «Azəryolservis»də «çox gəlirli» sahələri öz nəzarətinə keçirib: «Ancaq elə məqamlar vardı ki, o, Cavid Qurbanova diqtə edə bilmirdi. İndisə vəziyyət tam dəyişib».
Nəriman Məmmədovun «Azəryolservis»də hansı vəzifə tutduğuna gəlincə isə, müsahibimiz deyir ki, o, 2012-ci ilə qədər Nəqliyyat Nazirliyində işləyib. Ancaq Ziya Məmmədov sonradan «Azəryolservis»in tərkibində geniş səlahiyyətləri olan MMC təsis edərək, qardaşını ora rəhbər göndərib:
«Ziya Məmmədov 2012-ci ildə deputat Cavid Qurbanovun rəhbərlik etdiyi "Azəryolservis” ASC-nin nəzdində yeni bir MMC yaradıb, qardaşını oraya rəis göndərdi. Nə qədər qəribə görünsə də, həmin MMC hazırda ASC-nin sədr əvəzi olan Saleh Məmmədovun o zaman rəhbərlik etdiyi 1 saylı trestin ofisinə yerləşdirildi. Saleh Məmmədov isə işçiləri ilə bərabər həmin ofisdən uzaqlaşdırıldı. Ziya Məmmədov bununla da kifayətlənməyib, Nəriman Məmmədovun rəhbərlik etdiyi MMC-yə "Azəryolservis”in nəzdindəki Yolların Mühafizəsi İdarəsinin əksər səlahiyyətlərini də həvalə elədi. Hazırda «Azəryolservis»də yollara aid bütün mühafizə, baryer qurma, təmir-tikinti və sair geniş maliyyə axını olan işlərə, o cümlədən ağır tonnajlı maşınlara nəzarət etmək üçün qurulan tərəzi şəbəkəsinə də nazirin qardaşının rəhbərlik etdiyi MMC nəzarət edir. Əmin ola bilərsiniz ki, Saleh Məmmədov nazirin qardaşının özbaşınalıqlarına müqavimət göstərmək gücündə deyil. Tam əksinə, rəsmi tədbirlərdə görünənlərin əksinə olaraq, o, Nəriman Məmmədovun köməkçisi statusundadır...».

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi