Müdafiə Nazirliyi cəbhədə hərbi texnikanın hərəkətinə dair açıqlama verdi

img

21-04-2015 [18:35]



Müdafiə Nazirliyi cəbhə zonasında hərbi texnikanın hərəkətə başlaması ilə bağlı xəbərlərə reaksiya verib.
 
Mia.az Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video-görüntülər yayılıb:

"Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.

Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə "Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA