21-04-2015 [17:09]
Mia.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında millət vəkili Cavanşir Paşazadə bacısının həyat yoldaşı Şərif Əsədullayevlə bağlı medianın yazdıqlarına münasibət bildirərkən deyib:
"Mətbuatda bununla bağlı çox şeylər yazıla bilər. Bu, o demək deyil ki, bunların hamısı doğrudur. Buna generalın mətbuat vasitəsi ilə vurulması demək olmaz. Bu gün Azərbaycan tolerant bir ölkədir. Söz, mətbuat azadlığı qorunur. Kim nə istəyir yazır. Biz onlara heç nə deyə bilmərik. Mətbuatda yazılan bu yazıların arxasında kiminsə durduğunu güman etmirik. Fikirləşmirəm ki, kimsə mətbuat vasitəsi ilə Şərif Əsədullayevlə bağlı vurulma kampaniyası həyat keçirir. Onun işdən çıxarılması ilə bağlı müəyyən cəhd edən insanlar unudurlar ki, həmin şəxs uzun illərdir ki, hüquq-mühafizə orqanlarının fəaliyyətində uğurla xidmət edib, külüng vurub”.
Deputat hesab edir ki, Şərif Əsədullayevin işdən çıxarılması ilə bağlı müəyyən cəhdlər edənlərin özləri heç nəyə qadir deyillər:
"Həmin şəxslər onu işdən çıxara bilməzlər. Onlar uzun illərdir ki, uğurla faəliyyət göstərən Şərif Əsədullayevin fəaliyyətini qiymətləndirməyə belə qadir deyillər”.

C. Paşazadə bacısı oğlu tərəfindən bıçaqlanan şəxsin hazırda xəstəxanada olmadığını deyib: "Zərərçəkən şəxs xəstəxanada müalicə olunub. O, hadisə zamanı yüngül xəsarət almışdı. Artıq sağalıb. Bu gündən işə çıxıb. Həmin şəxs özəl şirkətlərin birində mühafizəçi kimi çalışır”.
C. Paşazadə hesab edir ki, Tamerlan Əsədullayev restoranda dava salmaqla tərbiyəsizlik edib:
"Tamerlan ona verilən cəzaya uyğun olaraq hazırda təcridxanda saxlanılır. O, tərbiyəsizlik edib. Hələ ki, etdiyi tərbiyəsizliyin cəzasını təcridxanada çəkir”.
C. Paşazadə general-mayor Ş.Əsədullayevin səhhətində problemlərin olması haqda gəzən söz-söhbətlərə də aydınlıq gətirib:
"Şərif müəllim özünü yaxşı hiss edir. Heç bir problem yoxdur. Mətbuatda hər yazılan yazıya cavab vermək lazım deyil. Bu, onların fikridir”.
Qeyd edək ki, deputatın bacısı oğlu T. Əsədullayev aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Senator” restoranında dava salaraq bir nəfərə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
T. Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Xatırladaq ki, Tamerlan Əsədullayev General-mayor Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və deputat Cavanşir Paşazadənin bacısı oğludur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi