“İntelektual İnkişaf Naminə” İctimai Birliyin təqdimatı keçirildi

img

21-04-2015 [17:08]


Bu gün "Beynəlxalq Mətbuat Mərkəzin”də "İntelektual İnkişaf Naminə” İctimai Birliyin təqdimatı keçirildi.

Birliyin sədri Mədinə Əliyeva şüarı”İntelektual inkişaf yolunda birgə addımlayaq” olan birliyin əsas məqsədlərindən danışaraq qeyd etdi ki,gənclər arsında informasiya cəmiyyətinin,informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının inkişafına yardım etməkdən ibarətdir.Birlik məqsədlərinə çatmaq üçün bir sıra vəzifələri həyata keçirməyi qarşısına məqsəd qoyub.M.Əliyeva vurğuladı ki, beynəlxalq təcrübədən istifadə etməklə,müxtəlif layihələrlə gənclərimizi zamanın tələblərinə uyğun İKT bacarıqlarına sahiblənməkdə,onların vətəndaş cəmiyyətində fəal iştiraklarına ,inkişaflarına,tələbə gənclərə yaxından yardımçı olacalar.YAP Gənclər Birliyinin sədri Seymur Orucov da çıxış edərək yeni yaradılan birliyə uğurlar arzuladı. Bildirdi ki,bu birlik zamanın tələblərinə tam cavab verəcək və öz fəaliyyətləri ilə örnək olacaq birliyə çevriləcəklər. Digər çıxışçılar da birliyə öz xoş arzularını çatdırdılar.

Qeyd edək ki,Birliyin sədri Mədinə Əliyeva "Aztelekom” Istehsalat Birliyinin Gənclər Təşkilatının fəal üzvü və Marketinq və Satış departamentində şöbə rəisidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA